Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Portuqaliyanın "Benfika" komandasının yeni baş məşqçisi müəyyənləşib.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Joze Mourinyo təyin ediləcək.
Bildirilib ki, məşhur mütəxəssislə danışıqlar gedir və yaxın saatlarda yekunlaşacaq. Mourinyonun bu gün günortadan sonra komandanı məşqə çıxaracağı gözlənilir.
Qeyd edək ki, son iş yeri Türkiyənin "Fənərbağça" klubu olan Joze Mourinyo "Benfika"da Çempionlar Liqasının əsas mərhələsinin ilk turunun "Qarabağ"la oyunundan (2:3) sonra istefaya göndərilən Brunu Lajeni əvəzləyəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.