Estoniyada başlayan “Şimşək” adlı beynəlxalq hərbi təlimlər iki həftə davam edəcək...
APA xəbər verir ki, bu haqda Estoniya mediası ölkənin Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, təlimlərin əsas məqsədi müttəfiq qüvvələrin sürətli yerləşdirilməsini və təhlükələrə qarşı cavab tədbirlərinin birgə şəkildə sınaqdan keçirilməsini təmin etməkdir.
Təlimlərdə Estoniya, Latviya, ABŞ, Fransa, Böyük Britaniya və Kanada hərbçiləri iştirak edirlər. Təlimlərə rəhbərlik edən polkovnik Yannо Mark bildirib ki, müttəfiq qüvvələr desant əməliyyatları, paraşütlə tullanma kimi fəaliyyətləri icra edəcək və təlimlərin yekun mərhələsində Nursipalu və Rutja poliqonlarında atış məşqləri keçiriləcək.
Sırf müdafiə xarakteri daşıyan təlimlərə quru, hava və dəniz qüvvələri daxil olmaqla ümumilikdə təxminən 3 000 hərbçi cəlb olunub.
Qeyd edilir ki, “Şimşək” təlimləri NATO müttəfiqlərinin regionun müdafiəsinə hazırlığını nümayiş etdirir. NATO-nun beynəlxalq döyüş qrupları Latviya, Litva və Polşada da yerləşdirilib. Estoniyadakı döyüş qrupunun tərkibində artıq Böyük Britaniya, Fransa və İslandiyadan olan əsgəri qüvvələr fəaliyyət göstərir.
Poliqon.info