Füzuli məktəbində işıq, istilik və dərslik YOXDUR: "Nazirimiz heç bu problemləri görmür"
“Müəllimi olduğum Füzuli rayon Qayıdış qəsəbə 7 saylı tam orta məktəbdə aprel ayından işıq yanmır. Transformator yanıb. Təqdimat yazmadığımız qurum qalmayıb. Dərsliklər çatışmır, məktəb qəzalı vəziyyətdədir. Nazirlik üzərinə düşən işlərin birini də yerinə yetirmir”.