Milli Məclisdə "Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi" mövzusunda ictimai dinləmə keçiriləcək.
Adalet.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin Gənclər və İdman komitəsinin 2025-ci il payız sessiyası üzrə İş planına daxil edilib.
İş planında, həmçinin, "Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclər və idman siyasətinin banisi kimi" mövzusunda regionlarda gənclərlə görüş də nəzərdə tutulub.