EN

Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb

Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının görüşü başlayıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabineti məlumat yayıb.

Tədbirdən əvvəl Qırğızıstan Nazirlər Kabinetinin sədri, prezident administrasiyasının rəhbəri Adılbek Kasımaliyev nümayəndə heyətlərinin başçılarını qarşılayıb. Daha sonra iştirakçıların birgə şəkil çəkdirmə mərasimi keçirilib.

Görüşdə Azərbaycanın Baş naziri Əli Əsədov, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Özbəkistanın Baş naziri Abdullah Aripov, həmçinin TDT-nin baş katibi Kubanıçbek Omuraliyev iştirak edirlər.

İclasda TDT çərçivəsində əməkdaşlığın əsas istiqamətləri – iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, rəqəmsallaşma, energetika, kənd təsərrüfatı və digər sahələr müzakirə olunacaq. Həmçinin əvvəllər qəbul edilmiş qərarların həyata keçirilməsi və təşkilatın iş mexanizmlərinin təkmilləşdirilməsi məsələləri nəzərdən keçiriləcək.

Chosen
18
16
tribunainfo.az

10Sources