EN

Tramp İsrailin Qəzzada əməliyyatlarından narazıdır

ABŞ prezidenti Donald Tramp İsrailin Qəzzada davam etdirdiyi hərbi əməliyyatlarla bağlı narazılığını ifadə edib.

AzPost xəbər verir ki, bu barədə məlumatı The Wall Street Journal yayıb. Nəşrin yazdığına görə, Tramp İsrailin baş naziri Binyamin Netanyahunun atəşkəsə getmək istəməməsindən ciddi narazıdır.

Mənbələrin bildirdiyinə görə, Tramp xüsusilə İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatları fonunda vəziyyətin gərginləşməsindən narahatdır. Qəzet yazır ki, İsrailin son hava zərbələri ABŞ prezidentinin narazılığını daha da artırıb.

Bununla belə, Tramp hələlik İsrailə qarşı sərt addımlar atmağa tələsmir. Buna səbəb onun Netanyahuyla şəxsi və siyasi münasibətlərini qorumaq istəyi göstərilir. Məlumatda qeyd olunur ki, Tramp bu əlaqələri özünün mühüm diplomatik uğurlarından biri hesab edir.

Xatırladaq ki, 16 sentyabrda İsrail ordusu Qəzzada genişmiqyaslı hücuma başlayaraq bölgədə tam nəzarəti ələ keçirməyi hədəflədiyini açıqlamışdı. İsrail rəsmiləri əməliyyatların şəhərdəki strateji anbarların məhv edilməsi məqsədi daşıdığını bildiriblər.

AzPost.az

Chosen
27
azpost.info

1Sources