EN

ÜRƏYİNDƏN ŞUŞA KEÇİR, GÖZLƏRİNDƏN XATİRƏLƏR... Əntiqə Kərimzadə yazır

Adelet.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

(Elçin İsgəndərzadəyə Qarabağ laylası)

Gəncədə idim. Amma xəbəri Bakıdan eşitdim;

-Nə? 

-Bu gün Şuşa işğal olundu?!

O xəbəri eşidəndə təkcə Şuşa işğal olunmamışdı. Mənim uşaqlıq illərim, məktəb xatirələrim...eh ən gözəl günlərim işğal olundu. Mənə qalan isə şəkillərdə donmuş xoşbəxtliklər idi. Mən necə insanam axı, necə insanam?! Şuşa ağlayanda kimlərinsə zarafatı üzümə təəbbəssüm gətirəcək, dağlar silah səsindən böyun bükəndə mən şeir yazacam! Özüm özümə nə qədər sakitləş deyim axı?! Artıq illər keçsə də  “darıxa bilmirəm”. Darıxmaqdan yaman qorxuram. Hələ gecələr özümü “aldadıram”- Xan əmini yamsılayıram,  Qarabağ şikəstəsini züm-zümə edirəm. Birdən susmağım da olur... Küləklər pəncərəmi cırpanda tez ağlamağımı kəsirəm. Deyirəm birdən küləklər səsimi Şuşanın qulağına çatdırırar, eh... yazığın bağrı onsuzda yaralıdır, nigilimi eşitsə heç dözməz.  Hələ payız gələndə içimdəki qorxudan özüm qorxuram. Şuşa üşüməsin deyə onu şeirlərimə bələyirəm.  Indi bütün uğurlarım mənə qalibiyyət yox, Şuşasızlığıma təsəllidir. İndi içimdən bir köç gedir, yolu vərəqədir. Dedilər dağlarda qar əriyən vaxtdı. Mənim içimdəki qar nə vaxt əriyəcək deyə özümə sual verəndə, qulağımda 35-40 il əvvəl eşitdiyim Xanın zənguləsi bərq  vurdu. Elə bil yox oldum. Görəsən şeirlərimdə hansı misraya qarışıb getdim,İlahi...?! Mən özümlə gətirdiyim şəkillərə baxanda Şuşanı belə sevib - “əzizləyirdim” ;

-Şuşam, mənim məlul Şuşam. Telləri işğallı Şuşam. Yollar bağlı, ürəyi dağlı Şuşam. Üzünə günəş, düzünə lalə qonan Şuşam.... Bu minvalla

Şuşasızlığımın üstünə Ağdamsızlığım da gəldi. Gəldi, ehh nə gəldi... Nəyisə bəhanə edib yaşamalıydım, Ya Rəbb! Mən o qızıl medalın “üzünə necə baxacam”, İlahi?! Hələ o donmuş təbbəssümləri görəndə özümü hansı şeirimdə gizlədəcəm?! Öz-özümə verdiyim bu qədər sualların kaş ki, birinə cavab tapa bilsəydim...

Yaşamaq adı altında vətənsizliklə keçən günlərim məni şeirlərimdən alıb həsrətin qoynuna atırdı, gözlərimə gözləmək geyindirirdi,ürəyimin üstünə darıxmaq sərirdi. Qədir “Sona bülbüllər” deyəndə üzümü elə gizlədirdim ki, məni heç kim görməsin. Tez  qələmə sarılıb özümü atırdım varaqların üstünə.

Elə qorxurdum ki, deyirdim birdən Qədirin bu laylasından şəkillərdə donmuş xoşbəxtliyim od tutub yanar. Hələ ürəyimin nisgili barmaqlarımdan şeir olub çıxanda  məkan anlayışı cismimdə yoxa çevrilirdi.

Heç bir ən ağır fiziki iş məni vətənsizlikdən çox yora bilməzdi. Fikirlərim həsrətdən düyün-düyün idi. Bahar gələndə xəlvəti kəpənəklərə yalvarmaq hissi məni elə acizləşdirmişdi ki, vətənə getmək üçün kəpənək qanadında Şuşaya yollanmaq da varmış taleyimdə... Gözlərim yol çəkəndə, mən də içimdə həsrət çəkirəm. Kimin dərdi böyükdür?- Mənim yoxsa gözlərimin?!

Qaldır döyüş bayrağını,Hayqır zəfər sorağını,Ölsəm, Şuşa torpağınıSəpin gözümə-gözümə.

O gün elə bu şeiri dodağımın altında pıçıldayırdım. Birdən qızım yanıma qaçaraq qışqırdı;

-Ata, ata  qonşumuz  Rəsmiyyə xalanın qızı Tərlan bacı Qarabağdan reportaj hazırlayıb. Gəl gedək səninlə birlikdə baxaq.

İnan ki heç “getmək istəmirdim”. O reportaja baxmaqdan “qorxurdum”. Qızımı birtəhər “aldadıb” ,vaxtından  tez olsa da Natavan klubunda bu gün keçriləcək  tədbirə yollandım. Dəvətli idim, getməsəm hörmətsizlik olardı. Amma düzünü deyim ki, tədbir nə haqda idi, ondan  xəbərsiz idim. İstədim dəvət edəndə soruşum, sonra özümə dedim ki, kimisə bezdirmək nə lazımdı. Gedəndə öyrənəcəm də. Artıq saat 14: 05 –i gösətiridi. Cəmi 5 dəqiqə tədbirə gecikirdim. Addımlarımı itiləşdirməyə başladım. Qaçdım desəm, lap yerinə düşər. Natavan klubuna çatmağa 3-4 pilləkan qalmışdı, içəridən körpə bir qızın səsi gəlirdi, şeir deyirdi ; “Kaş heç tanımayaydı səni dünya, Xocalı”! Nitqim qurudu desəm, heç yalan danışmış olmaram. İlahi görəsən bu nədir?! Hara gedirəmsə, Qarabağla bağlı xatirələr məni izləyirlər. Mən onlardan “gizlənərkən” niyə onlar məndən əl çəkmirlər?! 

Özümü toplayıb (əgər bu halıma özünü toplamaq demək olarsa) içəri daxil oldum.  İçəridəki  mühitdə elə bil Şuşadan Bakıya əsən qəriblik küləyi vardı. Elə üşüdüm ki, Şuşasızlığın küləyi özünü üzümə elə çırpırdı ki, üşüməkdən də “qorxmağa başladım”. Tədbir bitər-bitməz çox dostlarla görüşməmiş tədbirdən çıxıb bir başa evə tərəf yollandım. Evə çatanda tədbirdən gətirdiyim kitabı stolun üstünə qoyub, bir stakan çay içib dincəlmək ( əgər ona dincəlmək demək olarsa) istədim. Anamın mənə düzəltdiyi balınca ( onu Şuşadan gətirmişdim)  başımı sıxıb mürgülədim:

-Qaraşın, balaca, lap balaca (desəm ki, cırtdana oxşayırdı inanmazsınız) qız sakitcə  mənə yaxınlaşdı və üzünü əlimdəki vərəqə tutub dedi;

-Yolumuz Şuşadan keçir, bəy! Deyirəm bəlkə Cıdır üzünə aparmağa bir dəstə şeirin ola...

Qəribə yuxu idi!...

Qeyd: Yazarın arxivindən (2016) 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
adalet.az

1Sources