EN

Ukraynada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

2025-ci il yanvarından Ukrayna universitetlərində təhsil alan azərbaycanlıların sayı 4 min tələbədən çox olub. Bu da əvvəlki dövrlə müqayisədə 2,5 dəfə azadır. Bunu reporta açıqlamasında Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Ruslana Roxmineyko bildirib..

Onun sözlərinə görə, Azərbaycan Ukrayna ərazisində təhsil almaq üçü gələn əcnəbi vətəndaşların sayına görə ilk beşlikdə yer alır. 

Cari ilin 1 yanvar 2025-ci ildən 15 sentyabr 2025-ci ilə qədər  mindən çox Azərbaycan vətəndaşı Ukrayna ali məktəblərinə qəbul olunub. 

Hər il 500 nəfərədək Azərbaycan vətəndaşının Dövlət Proqramı çərçivəsində xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunur.

2022-ci ildən başlayan qəbul nəzərə alınmaqla indiyədək 1252 nəfər proqram çərçivəsində təhsil almaq hüququ qazanıb. Hazırda proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 140 ali təhsil müəssisəsində 981 tələbə təhsil alır. Bugünədək 156 nəfər Dövlət Proqramı məzunu adı qazanıb.

Dövlət və beynəlxalq müqavilələr əsasında xaricdə təhsil alanların sayı  isə 10,000 nəfəri keçib.

Aytac

Chosen
30
anews.az

1Sources