Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Bakıya gəlib.
Musavat.com xəbər verir ki, aktrisa "Formula 1”-ə görə vətənə gəldiyini bildirib. Burada çəkilən fotolarını izləyiciləri ilə bölüşən aktrisa "Formula 1”, amma Vətən ab-havasında. Bakı, sevgilim, əsl qalib sənsən" sözlərini yazıb.
Qeyd edək ki, Nəsrin sonuncu dəfə "Sandık kokusu" serialında rol alıb. O, tanınmış uroloq, alim Mirməmməd Cavadzadənin nəvəsidir.
Könül
Musavat.com