EN

Makronlar Bricitin qadın olduğunu sübut etmək üçün elmi dəlillər təqdim edəcəklər

Bricit Makron həyat yoldaşı, Fransa Prezidenti Emmanuel Makronla birlikdə özünün qadın olduğunu sübut etmək üçün ABŞ məhkəməsinə foto və elmi sübutlar təqdim etməyi planlaşdırır.

Bu barədə BBC məlumat yayıb.

Vəkillərinin sözlərinə görə, Fransa prezidenti və xanımı Bricit Makronun kişi doğulduğunu açıq şəkildə iddia edən ifrat sağçı Kendis Ouensə qarşı açdıqları böhtan iddiasının bir hissəsi kimi müvafiq sənədləri təqdim edəcəklər.

Ouensin vəkilləri buna cavab olaraq işin bağlanması barədə vəsatət qaldırıblar.

Makronların vəkili Tom Kler BBC-yə verdiyi müsahibədə bildirib ki, bu iddialar xanım Makron üçün son dərəcə ağrılı olub və Fransa prezidentinin diqqətini yayındıran amil olub.

Vəkilin sözlərinə görə, işə elmi xarakter daşıyan ekspert rəyi daxil ediləcək. O hələ heç bir təfərrüat açıqlamayıb, lakin Makronların bütün ittihamların həqiqətə uyğun olmadığını geniş və ətraflı şəkildə sübut etməyə hazır olduqlarını vurğulayıb.

"Belə şeyləri sübut etmək məcburiyyətində qalmaq çox alçaldıcıdır", - Kler bildirib.

Xatırladaq ki, sosial şəbəkələrdə milyonlarla izləyicisi olan ABŞ-nin mühafizəkar media orqanı "Daily Wire"ın keçmiş şərhçisi Kendis Ouens dəfələrlə açıq şəkildə Bricit Makronu kişi hesab etdiyini bildirib.

Bu cür ittihamlar bir neçə il əvvəl internetdə yayılmağa başlayıb. Bununla bağlı məlumat 2021-ci ildə fransız bloqerlər Amandina Rua və Nataşa Rey tərəfindən yayımlanan videodan sonra yayılmağa başlayıb.
Chosen
8
1
7news.az

3Sources