EN

Sabirabadda Günərzi Qayğı Mərkəzinin benefisiarları üçün master klas təşkil edilib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında Sabirabad rayonunda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzinin xidmətlərindən yararlanan uşaqlar üçün ekskursiya təşkil edilib. Agentliyin Mil-Muğan regional filialı tərəfindən təşkil olunan tədbir 18 sentyabr - Milli Musiqi Gününə həsr edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində uşaqlar Sabirabad rayon Üzeyir Hacıbəyli adına Musiqi Məktəbi ilə tanış olmaq imkanı əldə ediblər.

Ekskursiya zamanı uşaqlara musiqi məktəbinin fəaliyyəti və Milli Musiqi Günü barədə məlumat verilib.

Ekskursiya iştirakçıları üçün məktəbin musiqi müəllimləri tərəfindən ustad dərsləri keçirilib. Azyaşlılar müxtəlif musiqi alətlərində özlərini sınayaraq ilkin bacarıqlara yiyələniblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
azertag.az

1Sources