EN

AFFA Azərbaycan klubunun vitse-prezidentini 4 oyunluq cəzalandırıb

AFFA Azərbaycanın II Liqa təmsilçisi "Kür-Araz" 3 futbolçusunu və vitse-prezidentini 4 oyunluq cəzalandırıb.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

II turun "Göygöl" – "Kür-Araz" oyununun 62-ci dəqiqəsində qonaqların futbolçuları Elxan Məmmədov hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına, Elnur Məmmədovla Eltun Həsənli isə ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə cəzalandırılıb. 

Həmçinin klubun vitse-prezidenti Kenan Yıldız hakimləri təhqir etdiyinə görə 4 oyunluq diskvalifikasiya edilib. Bununla yanaşı həm futbolçular həm də qurum rəsmisinin hərəkətlərinə görə klub 1000 manat cərimələnib.

16.09.2025-ci il tarixində II Liqada II turun "Göygöl" – "Kür-Araz" oyunu bitdikdən sonra "Kür-Araz" komandasının heyətində 14 nömrəli futbolçu Elnur Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, "Kür-Araz" komandası 1000 manat cərimə edilsin (52.4);

16.09.2025-ci il tarixində II Liqada II turun "Göygöl" – "Kür-Araz" oyunu bitdikdən sonra "Kür-Araz" komandasının heyətində 3 nömrəli futbolçu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, "Kür-Araz" komandası 1000 manat cərimə edilsin (52.4);

16.09.2025-ci il tarixində II Liqada II turun "Göygöl" – "Kür-Araz" oyunu bitdikdən sonra "Kür-Araz" komandasının vitse-prezidenti, "Kür-Araz" komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

16.09.2025-ci il tarixində II Liqada II turun "Göygöl" – "Kür-Araz" oyunu bitdikdən sonra "Göygöl" komandasının azarkeşləri meydançaya daxil olduğuna görə "Göygöl" komandası 250 manat cərimə edilsin (maddə 86.3);

​​​​​​"Cebheinfo.az"

Chosen
23
4
cebheinfo.az

10Sources