EN

Şəmkirdə məktəblinin qətlində təqsirləndirilən şəxsə hökm oxunub

Şəmkir rayonun Mahmudlu kəndində İ.Abdullayevin qətlində təqsirli bilinən A.Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. A.Abbasov cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.

Xatırladaq hadisə ötən ilin oktyabr ayında baş verib.

İttihama görə, A.Abbasov və İ.Abdullayev  arasında bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərinə görə münaqişə yaranıb. Bu zaman A. Abbasov İ.Abdullayevə bıçaqla xəsarət yetirib. Bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan İ. Abdullayev ölüb.

A.Abbasov Cinayət Məcəlləsinin  120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Chosen
27
3
bakivaxti.az

10Sources