EN

Oksana Rəsulova "Ən yaxşı qadın rolu" nominasiyasının qalibi olub -FOTOLAR

Azərbaycan Qazaxstanda keçirilən beynəlxalq teatr festivalında iştirak edib.
 
Musavat.com xəbər verir ki, 3-cü "BİKENFEST" Beynəlxalq Teatr Festivalında Qazaxstan, Özbəkistan, Gürcüstan, Qırğızıstan kimi ölkələrin Akademik Dram Dövlət teatrları ilə yanaşı, Azərbaycandan təsisçisi Xalq Artisti Vidadi Həsənovun olduğu müstəqil "M.Teatr" da iştirak edib.
 
Festival çərçivəsində "M.Teatr" Stefan Sveyqin "Yad qadının məktubu" tamaşası ilə çıxış edib.
 
Yarışmada Azərbaycanın tanınmış teatr və kino aktrisası Oksana Rəsulova "Ən yaxşı qadın rolu" nominasiyasının qalibi olub.
 
Bu uğur festivalda Azərbaycan teatr sənətinin yüksək səviyyəsini bir daha nümayiş etdirib.
 
Könül
Musavat.com 
 

 

 

 

Chosen
8
3
musavat.com

4Sources