İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul edilib. 

Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının IV turunda “Şamaxı” və “Karvan-Yevlax” komandaları arasında keçirilən matçda birinci komandanın heyətində 4 nəfər sarı vərəqə aldığı üçün “Şamaxı” 700 manat cərimələnib. 

“Sabah”a qarşı oyunun 45+2-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyaların atıldığına və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə klub 3000 manat, həmin oyunda "ağ-qaralar"ın azarkeşlərinin kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə görə 5000 manat cərimə edilib.