EN

Əfqanıstanda internet qadağan edildi

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əfqanıstanın Ali Lideri Heybətullah Axundzadə ölkə daxilində fiber-optik internet və Wi-Fi-ı qadağan etmək qərarına gəlib.

Yeniavaz.com  xəbər verir ki, bu barədə “Afghanistan International” (AI) nəşri mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, artıq Əfqanıstanın 34 əyalətindən 10-da internet mövcud deyil.

Nəşrin yazdığına görə, ali liderlə görüşmək üçün Kabildən gələn hökumət nümayəndə heyəti arasında aparılan danışıqlar da nəticəsiz başa çatıb.

Mənbələrin bildirdiyinə görə, Axundzadə sırf dövlət qurumları və diplomatik nümayəndəliklərin internetə çıxışını təmin edəcək yeni şirkətin yaradılmasına göstəriş verib.

Qeyd edək ki, sentyabrın 16-da Əfqanıstanın ali lideri “əxlaqsızlığın qarşısını almaq” üçün bir əyalətdə Wi-Fi-ı qadağan edib. Bu, “Taliban”ın 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirməsindən sonra ilk belə qadağadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
5
yeniavaz.com

6Sources