EN

Minsk Bakının bərk məişət tullantılarının çeşidlənməsi təcrübəsini öyrənmək istəyir

Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərinin 958 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib.


Pravda.az xəbər verir ki, səfər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Ayaz Hüseynov Minsk Şəhər İcraiyyə Komitəsi sədrinin müavini Oleg Korzun ilə görüşüb.
 

Görüşdə qarşılıqlı maraq doğuran əməkdaşlıq istiqamətləri, o cümlədən şəhər təsərrüfatı, ekoloji təhlükəsizlik və tullantıların idarə olunması məsələləri müzakirə olunub.


Oleg Korzun Bakı şəhərinin inkişafını, abadlıq və təmizlik səviyyəsini yüksək qiymətləndirib. O, xüsusilə Bakıda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi sahəsində həyata keçirilən layihələrin uğurundan xəbərdar olduğunu qeyd edib və bu təcrübəni öyrənməkdə maraqlı olduqlarını bildirib.


Ayaz Hüseynov isə vurğulayıb ki, ölkə başçısı cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Bakı inkişaf edir, şəhərdə geniş miqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir. Bu gün Azərbaycan və Belarus arasında münasibətlərin möhkəmlənməsi hər iki ölkə rəhbərinin siyasi iradəsinin nəticəsidir. O, həmçinin qeyd edib ki, Prezident Ilham Əliyevin tapşırığına əsasən Bakı şəhərində həyata keçirilən bərk məişət tullantılarının çeşidlənmə layihəsi uğurla icra olunur və Bakının bu sahədə təcrübəsini bölüşməyə hazırdırlar.

Tarix: 18 Sentyabr 2025, 13:02   
Chosen
46
10
pravda.az

10Sources