BAKI, 18 sentyabr. TELEQRAF
Brifinq zamanı jurnalistlər Ermənistan Baş naziri Nikol Paşinyana ABŞ Prezidenti Donald Trampın Votsap nömrəsinin olub-olmadığını soruşublar.
Teleqraf xəbər verir ki, Paşinyan isə cavabında nə təkzib, nə də təsdiqləyərək telefon əlaqə siyahısını dərc etmək istəmədiyini qeyd edib.
Jurnalist ona belə bir sual da verib: “Donald Trampın Votsap nömrəsi varsa, ona yazıb soruşardınız ki, çıxışlarında niyə Ermənistanı Albaniya adlandırır?”.
Ermənistan baş nazirinin cavabı belə olub:
“Hər hansı bir ölkənin lideri və istənilən şəxs lazım gəldikdə öz səhvlərini düzəldir və ABŞ prezidenti son paylaşımları da daxil olmaqla, bunu artıq edib”.