EN

Zəngəzur dəhlizinin gələcək ticarətdə strateji rolu var – İranlı parlamentinin komitə sədri

Bakı. Trend:

Zəngəzur dəhlizinin gələcək ticarətdə, hətta siyasimünasibətlərdə strateji rolu var.

Trend-inməlumatına görə, bunu İran parlamentinin sivil komitəsinin sədriMəhəmməd Rza Rezayi Kuçi bu gün (18 sentyabr) İranın şimal-qərbindəyerləşən Şərqi Azərbaycan vilayətinin Araz Azad Ticarət Zonasındaİran parlamentinin sivil komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, İran parlamentinin nümayəndə heyətininbölgəyə səfərinin əsas məqsədlərindən biri Zəngəzur dəhlizi iləyaxından tanış olmaqdır.

Rezayi Kuçi bildirib ki, bununla yanaşı hazırda İran tərəfində,əsasən Araz Ticarət Zonasında çoxlu sayda infrastruktur problemlərmövcuddur. Sözügedən dəhlizlə əlaqədar layihələr çərçivəsindəişlərin başa çatdırılması, Culfa dəmiryolu şəbəkəsinin vəziyyətininyaxşılaşdırılması, qatarların sürətinin artırılması, eləcə dəMərənd-Culfa magistral yolunda qalan 7 kilometrin tikintisinin başaçatdırılması diqqət mərkəzində saxlanılır.

Rezayi Kuçi deyib ki, İranın 7 ölkə ilə quru sərhədi var. Bu isəqonşu ölkələrlə ticarət və iqtisadi əməkdaşlıq üçün dəyərliimkanlardır.

Qeyd edək ki, İran parlamentinin nümayəndə heyəti digərrəsmilərlə birlikdə bu gün İranın şimal-qərbində Araz Azad TicarətZonasına səfər edib.

Məqalədə:
Chosen
26
3
az.trend.az

4Sources