EN

İnformasiya təhlükəsizliyi mühitinin diaqnostikası aparılacaq

XQ Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə (XRİTDX) istinadən xəbər verir ki, Azərbaycanda "İnformasiya təhlükəsizliyi mühitinin diaqnostikası" layihəsinin ilkin versiyası hazırlanıb.

"Layihənin ilkin versiyası Mərakeş Krallığının Rabat şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzlərinin (CERT) birliyi olan "OIC-CERT" təşkilatının İdarə Heyətinin növbəti iclasında XRİTDX-in nümayəndə heyəti tərəfindən təqdim olunub" məlumatda deyilir. Bildirilir ki, hazırlanmış qiymətləndirmə metodologiyasının onlar üçün də maraqlı olduğu və üzv ölkələr arasında bölüşdürülməsinin faydalı olacağı qeyd edilib.

İdarə Heyətinin iclasında təşkilatın 2025-ci il üzrə fəaliyyət planı çərçivəsində görülmüş işlər müzakirə olunub, həmçinin Azərbaycanın (CERT.gov.az) inkişafına rəhbərlik etdiyi "OIC-CERT"in 4-cü strateji istiqaməti - "Kibertəhlükəsizlik, innovasiya, elmi-tədqiqat, və texnologiya" sahəsində həyata keçirilən işlərin vəziyyəti barədə məlumat verilib.

İclasda "Qlobal Kibertəhlükəsizlik Mükafatı" yarışmasına 2025-ci il üzrə təqdim edilmiş layihələrin qiymətləndirmə nəticələri açıqlanıb və Birləşmiş Ərəb Əmirliyinin Kibertəhlükəsizlik Konsulluğunun layihəsi qalib elan olunub.

N.Adilqızı
XQ

 

Chosen
13
7
xalqqazeti.az

9Sources