EN

Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi - Həbs olundu

Paytaxtın Nizami rayonunda yerləşən müvəqqəti mühafizə olunan duracaqdan sərxoş vəziyyətdə avtomobilini qaçırmağa cəhd edən sürücü məsuliyyətə cəlb edilib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl gecə saat 03 radələrində baş verib.

Belə ki, hadisədən əvvəl paytaxt sakini 1984-cü il təvəllüdlü M. Kərimovun sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilib. Sərxoş vəziyyətdə ictimai qaydaya və təhlükəsizliyə real təhlükə yaradan nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən hərəkətdən kənarlaşdırılaraq duracağa yerləşdirilib.

Bundan sonra sürücü gecə saatlarında duracağa gələrək evinin açarını maşında unutduğunu bildirib və avtomobilinin açarını alıb. O, maşını işə salaraq meydançanın qapısının bir qədər aralı olmasından istifadə edib və avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərib.

Cəhdin qarşısı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən alınıb və sürücü saxlanılıb.

M. Kərimov barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Rayon məhkəməsinin qərarı ilə sürücüyə 10 sutka inzibati həbs verilib.

Bizim.Media

Chosen
13
13
bizim.media

10Sources