EN

Yanvar-avqust aylarında Çinlə ticarət dövriyyəsi 3 milyard dollara yaxınlaşıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 28,4 faiz artaraq 2,9 milyard dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Çinə ixrac: 60,1 milyon dollar (+4,5 dəfə)

Çindən Azərbaycana idxal: 2,88 milyard dollar (+26,5 faiz)

Cari ilin ilk 8 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 9,15 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,77 faiz bəndi çoxdur.

Mənbə: Dövlət Gömrük Komitəsi

Chosen
69
vergiler.az

1Sources