EN

Türkiyədə güclü yanğın

Türkiyədə ticarət mərkəzində güclü yanğın olub.

Publika.az xəbər verir ki, Trabzonun Akçaabat rayonunun Darıca məhəlləsində yerləşən ticarət mərkəzində gecə saatlarında güclü yanğın baş verib.

Alov qısa müddətdə sürətlə yayılaraq böyük maddi ziyana səbəb olub. Yanğının çıxma səbəbi hələlik müəyyən edilməyib.

Hadisə yerinə cəlb olunan Trabzon Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürən və xilasediciləri alovu nəzarət altına alıblar.

Chosen
27
publika.az

1Sources