EN

Netanyahunun iqamətgahı yaxınlığında yanğın: Həbs edilənər var

ain.az, Bizimyol saytına istinadən bildirir.

İsrailin baş naziri Benyamin Netanyahunun Qüdsdəki iqamətgahı yaxınlığında sentyabrın 3-də etiraz aksiyaları zamanı baş vermiş zibil qutuları və avtomobilin yandırılması ilə bağlı polis daha 5 nəfəri həbs edib.

Bizimyol.info xəbər verir ki, məhkəmə bir neçə şübhəlinin həbs müddətini uzadıb. İstintaq davam edir.

Polisin məlumatına görə, iki şübhəli sentyabrın 18-də məhkəmə qarşısına çıxacaq.

Xatırladaq ki, sentyabrın 3-də Netanyahunun iqamətgahı yaxınlığında girovlarla bağlı razılaşmaya çağıran etiraz aksiyası keçirilib. Bir neçə fəal Rehavia və Givat Ram məhəllələrində zibil qutularını və bir avtomobili yandırıb.

Daha sonra polis iki şübhəli şəxsi həbs edib. Sentyabrın 4-də məhkəmə onlardan biri, polkovnik-leytenant Amos Doronun həbs müddətini 5 gün uzadıb. Digər şübhəli şəxs isə ev dustaqlığına buraxılıb.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
36
icma.az

1Sources