EN

Kapital qoyuluşları üzrə əsas sahə maliyyə sektoru olub

2025-ci ilin yeddi ayında Azərbaycanda iqtisadi fəaliyyət növləri üzrə ümumi əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 1 098,1 milyon manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Dövlət sektorunun payı 1 066,9 milyon manat, qeyri-dövlət sektorunun payı isə 1 129,2 milyon manat olub ki, bu da xüsusi sektorda kapital qoyuluşlarının üstünlüyünü göstərir.

Ən yüksək sərmayə yatırımı qeyri-dövlət sektorunda maliyyə və sığorta fəaliyyətinə (2 818,6 mln manat), informasiyaya və rabitəyə (2 107,6 mln manat), eləcə də peşə, elmi və texniki fəaliyyətə (2 347,9 mln manat) yönəldilib.

Dövlət sektoru üzrə əsas kapital qoyuluşları mədənçıxarma sənayesində (2 345,3 mln manat), maliyyə və sığorta fəaliyyətində (3 911,7 mln manat) və dövlət idarəetməsi və müdafiə sahəsində (1 517,9 mln manat) cəmləşib.

Digər əsas göstəricilər:

Kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində sərmayə: dövlət – 775,4 mln manat, qeyri-dövlət – 668,0 mln manat, tikinti sahəsi üzrə ümumi sərmayə: 1 159,0 mln manat (dövlət – 1 112,6 mln, qeyri-dövlət – 1 171,2 mln), informasiya və rabitə: dövlət – 1 593,9 mln manat, qeyri-dövlət – 2 107,6 mln manat, istirahət və əyləncə: qeyri-dövlət sektoru üstün – 1 309,1 mln manat, dövlət – 824,5 mln manat. 

Əksər xidmət sahələrində qeyri-dövlət sektorunun kapital qoyuluşları dövlət sektorunu üstələyib, bu isə iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun genişlənməsi meyillərini əks etdirir.

Gülnar 

Chosen
13
anews.az

1Sources