EN

Fəxri xiyabanda Üzeyir Hacıbəyovun məzarı ziyarət edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.
Oxu.Az Photostock.az-a istinadla xəbər verir ki, 1885-ci il sentyabrın 18-də dünyaya göz açan dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 140 illiyi ilə əlaqədar olaraq bəstəkarın Fəxri xiyabanda məzarı ziyarət edilib.
Ziyarətdə mədəniyyət naziri Adil Kərimli, nazirliyin kollektivi, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli 18 sentyabrın mədəniyyət tariximizin ən əlamətdar günlərindən biri olduğunu diqqətə çatdırıb. O, bu il də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyov XV Beynəlxalq Musiqi Festivalının keçiriləcəyini vurğulayıb.
Daha çox foto burada: PhotoStock.az
Chosen
16
oxu.az

1Sources