Cinayət törətdikdən sonra qaçıb gizlənən şəxsin məsuliyyətə cəlb edilməsi mümkündür.SİA xəbər verir ki, bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov sosial şəbəkədə canlı yayımda deyib.
Bildirib ki, cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilən şəxsin tapılması və ya barəsində ittiham elan olunması Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir. Qeyd edilib ki, qanuni qüvvəyə minmiş hökm olmadan əmlaklar müsadirə oluna bilməz. Bu və digər səbəblərə görə, qiyabi icraat qaydaları yaradılıb: "Bunun üçün əsas şərt şəxsin axtarışda olmasıdır. Bununla bağlı media orqanlarında məlumat verilir. Əgər həmin şəxs gəlməsə, o olmadan qiyabi icraatla hökm oxuna bilər. Axtarışda olan şəxs könüllü şəkildə gələrsə, onun iştirakı ilə cinayət prosesi yeni icraatla davam etdirilə bilər".