EN

Kozakın Rusiya PA rəhbərinin müavini vəzifəsindən istefası qəbul edilib

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dmitri Kozak Rusiya Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsindən istefa verib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Bildirilib ki, Kozakın Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsindən istefası qəbul edilib.

Qeyd edək ki, 1958-ci ildə Ukraynanın Kirovoqrad vilayətində doğulan

Dmitri Nikolayeviç Kozak müxtəlif vəzifələrdə çalışıb. Rusiya Baş nazirinin müavini, regional inkişaf naziri, Prezidenti Cənub dairəsi üzrə səlahiyyətli nümayəndəsi və digər yüksək postları tutan Kozak 2020-ci ildən Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, “The New York Times” avqustun əvvəlində öz mənbələrinə istinadən yazıb ki, hələ 2022-ci ildə Kozak prezident Vladimir Putinə Ukraynaya qoşun yeritməməyi tövsiyə edib və 2025-ci ildə o, sülh danışıqlarına başlamağı və Rusiyada daxili islahatlar aparmağı, o cümlədən təhlükəsizlik qüvvələrini hökumətə tabe etməyi təklif edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
43
3
apa.az

7Sources