EN

MALBI-trans Orta dəhlizinin yeni inkişaf istiqamətləri barədə (ÖZƏL)

Bakı. Trend:

“MALBI-trans” və “Carpatica Feroviar” Orta Dəhlizin inkişafıçərçivəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. SazişÇexiyadan Konstansa limanına yükdaşımaların təşkilini, ardınca isəPoti, Batumi və Xəzər dənizi vasitəsilə Aktauya çatdırılmanınəzərdə tutur.

Bunu Trend-əverdiyi özəl müsahibədə “MALBI-trans” şirkətinin baş direktoruLiliana Krutonoq bildirib.

Onun sözlərinə görə, bağlanmış saziş çərçivəsində “MALBI-trans”Konstansa limanından əməliyyatlar həyata keçirəcək.

“Biz tərəfdaşlarımızla birlikdə konfrans keçirdik və orada gümüşsponsor kimi çıxış etdik. Şəhəri və limanı ziyarət etdik,infrastrukturla tanış olduq və müştərilərimiz üçün təqdimatlarkeçirdik. Bu marşrutu optimal, yeni və az işlənmiş hesab edirik ki,bu da əlavə həcmlərin cəlb olunmasına imkan yaradır. Orta Dəhlizümumilikdə Brest–Malaşeviçe marşrutu ilə müqayisədə ötürməqabiliyyətinə görə geri qalır, lakin “Carpatica Feroviar” iləmüqavilə münasibətləri çərçivəsində onun daha da inkişafetdirilməsi planlaşdırılır”, – deyə Krutonoq qeyd edib.

O vurğulayıb ki, əsas əhəmiyyət daşıyan məqam müştərilərinsorğuları, onların arzuları və logistika prosesinə baxışıdır. Onunsözlərinə görə, “MALBI-trans” müştəriləri tərəfindən Orta Dəhlizəmaraq artıq üç ildən çoxdur ki, müşahidə olunur.

Baş direktor əlavə edib ki, dövlət iştiraklı bir çox iri Avropaşirkətləri mövcud sanksiyalar, məhdudiyyətlər və daxili direktivlərsəbəbindən Belarus və Rusiya üzərindən keçən Brest–Malaşeviçe şimalmarşrutundan tranzit kimi istifadə edə bilmirlər.

“Alternativ axtarışında onlar belə xidmətləri göstərən tanınmışekspeditorlara, o cümlədən bizə müraciət edirlər. Biz bu variantıtəklif etdik, çünki artıq Çexiyadan Koper və Triest limanlarıüzərindən daşımalarda təcrübəmiz var, həmçinin Konstansa üzərindənsınaq göndərişlər həyata keçirmişik.

Konstansa bizim tərəfimizdən prioritet marşrut kimi nəzərdənkeçirilir, çünki bu, yeni bir yoldur və fikrimizcə, inkişaf edəcək.Bundan əlavə, “Carpatica Feroviar” marşrutun inkişafına, ötürməqabiliyyətinin artırılmasına və infrastrukturun yaxşılaşdırılmasınamüsbət yanaşma nümayiş etdirir. Biz onlarla dövlət şirkətlərinin,nəqliyyat nazirliklərinin və infrastruktur təşkilatlarınınmarşrutun ötürmə qabiliyyətinin artırılması üzrə danışıqlardaiştirakını cəlb etmək imkanını müzakirə etdik”, -Krutonoqvurğulayıb

Məqalədə:
Chosen
18
1
az.trend.az

2Sources