EN

Zaur Həşimov: Bu oyun göstərdi ki, Qarabağ istənilən rəqiblə mübarizə apara bilər

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İlk növbədə "Qarabağ"ı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Lissabondakı oyun futbol tariximizə qızıl hərflərlə yazılacaq matç oldu". Bu sözləri Sport24.az-a açıqlamasında Zaur Həşimov deyib.Veteran futbolçu "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Benfika" üzərində səfərdə qazanılan 3:2 hesablı qalibiyyətdən danışıb:"Benfika"nın ilk dəqiqələrdə pressinq edib tez qol vurmağa cəhd edəcəyi gözlənilən idi. Onlar startda iki qol vuraraq buna nail oldular. Təmsilçimiz bundan sonra toparlandı və öz oyunu ilə meydanda diqtə etməyə başladı. Futbolçuların yüksək motivasiyası, cəsarəti "Qarabağ"ın qələbəsində böyük rol oynadı. "Benfika"nın böyük azarkeş ordusuna, hesabda 2 top geridə düşməsinə baxmayaraq, Ağdam təmsilçisi geridönüş edə bildi. Bundan sonra baş tutacaq görüşlərdə rəqiblər "Qarabağ"a daha ciddi yanaşacaqlar. Amma bu oyun göstərdi ki, "Qarabağ" istənilən rəqiblə mübarizə apara bilər".Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
sport24.az

1Sources