ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İrəvanın vizalarda Ağrı Dağı təsvirindən istifadə etməsi hazırda müzakirə mövzusudur.
Bu addım Ermənistan-Türkiyə münasibətlərində informasiya müharibəsinin bir elementi kimi dəyərləndirilir.
Sərhədin açılması və vizaların qarşılıqlı tanınması prosesində bu simvolun qaldırılması siyasi baxımdan mühüm hesab olunur.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistanın həm qondarma “soyqırım” iddiaları, həm də Türkiyənin ərazisində yerləşən Ağrı dağa qarşı ərazi iddiaları tamamilə absurd görünür:
“Ermənistan tərəfi Vətən müharibəsi başa çatdıqdan sonra bir neçə dəfə kapitulyasiya aktı imzalayaraq Azərbaycana qarşı ərazi iddiaları olmayacağına dair öhdəlik götürüb. Azərbaycan isə Türkiyə ilə qardaş ölkə olduğu üçün bu proseslər qarşılıqlı şəkildə inkişaf etdirilir.
Bu baxımdan Ermənistanın həm qondarma “soyqırım” iddiaları, həm də Türkiyənin ərazisində yerləşən Ağrı dağa qarşı ərazi iddiaları tamamilə absurd görünür. İki milyonluq, döyülmüş, əzilmiş və təhqir edilmiş Ermənistanın 85 milyonluq qüdrətli Türkiyəyə qarşı iddialar irəli sürməsi Ermənistan üçün son dərəcə təhlükəli tendensiyadır”.
Ekspertin vurğulayıb ki, Ermənistanın hərbi rəhbərliyindən fərqli olaraq, siyasi elita (əgər onlara elita demək mümkündürsə) bu gün vəziyyəti yumşaltmağa çalışır:
“Həmçinin, Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasında maraqlı olduqlarını göstərməyə çalışırlar.
Lakin biz hələ də Ermənistanın Konstitusiyasında, “Müstəqillik Aktı”nda, hərbi doktrinasında və strateji təhlükəsizlik konsepsiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının mövcud olduğunu görürük.
Hesab edirəm ki, Ermənistan tərəfi nə qədər tez həm qondarma qurumun simvollarından, həm də qonşulara qarşı əsassız iddialarından əl çəkərsə, bir o qədər də ölkənin inkişaf prosesləri sürətlə gedər. Əks halda, aparılan danışıqlar və əvvəlki razılaşmalar müsbət nəticə verməyəcək”.
Ədalət Verdiyevin sözlərinə görə, danışıqların və razılaşmaların son nəticəsi sülh sazişi ilə tamamlanmalıdır.
“Bu sülh sazişi isə hər iki ölkənin konstitusiyasına və digər normativ sənədlərinə uyğun gəlməlidir. Odur ki, Ermənistan ilk növbədə öz Konstitusiyasında və digər normativ sənədlərində zəruri dəyişiklikləri ən qısa zamanda həyata keçirməlidir”-deyə o əlavə edib.
Şəbnəm Rəhimova
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.