EN

Britaniya Fələstini tanımağa hazırlaşır: Qərar Tramp getdikdən sonra veriləcək

Britaniya mediası ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya səfəri başa çatdıqdan sonra hökumətin Fələstin dövlətini tanıyacağını bildirib.

Turkustan.az xəbər verir ki, Britaniya mətbuatının hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, Böyük Britaniya bu həftə Fələstin dövlətini tanıdığını elan edəcək.

Bu bəyanat Trampın Böyük Britaniyaya iki günlük səfərindən sonra veriləcək. Qərar həmçinin gələn həftə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına qədər veriləcək.

Hökumət rəsmiləri də sabah baş nazir Keir Starmerlə görüşəcək Trampın Fələstin dövlətinin tanınması məsələsini gündəmə gətirməsini gözləyirlər.

Xəbərlərdə Fələstin dövlətinin tanınmasının Trampın gedişindən sonraya qədər təxirə salınması qərarının hökumətə təzyiqə işarə etdiyi qeyd edilib.

Britaniya mediası həmçinin Starmerin sabah Trampı Yaxın Şərqdə sülh üçün təsir imkanlarından daha çox istifadə etməyə çağıracağını bildirib.

Baş nazir Starmer iyul ayında bəyan etmişdi ki, İsrail müəyyən şərtlərə əməl etməsə və Qəzzada atəşkəsi qəbul etməsə, sentyabrda Fələstin dövlətini tanıyacaq.

“İsrail hökuməti Qəzzada dəhşətli vəziyyətə son qoymaq, atəşkəsi qəbul etmək və uzunmüddətli davamlı sülhə sadiq qalaraq iki dövlətli həll variantını canlandırmaq üçün konkret addımlar atmasa, Birləşmiş Millətlər Təşkilatının sentyabrda keçiriləcək Baş Assambleyasında Böyük Britaniya Fələstin dövlətini tanıyacağını təsdiq edə bilərəm”, - Starmer bildirib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
2
1
turkustan.az

2Sources