EN

İranda SEPAH komandiri öldürüldü

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərinin Çahcamal rayonunda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yerli komandirlərindən olan Reza Azarkiş silahlı şəxslər tərəfindən güllələnərək öldürülüb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Məlumata görə, ona evinin qarşısında hücum edilib. Mənbələrin bildirdiyinə görə, Azarkiş ağır yaralanıb və xəstəxanaya aparılarkən yolda həyatını itirib. Onun daha əvvəl 2023-cü ilin fevralında da silahlı hücumun hədəfi olduğu qeyd edilir.

Son illərdə Azarkiş rayon sakinlərinə qarşı zorakı davranışları, təhdidləri və təzyiqləri ilə tanınıb və buna görə dəfələrlə tənqidlərə və şikayətlərə məruz qalıb.


 
Chosen
26
3
demokrat.az

5Sources