EN

Yaponiyada qocalar rekord qırdı: 99 min nəfər... - FOTO

Yaponiyada 100 yaş rekordu qırılıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiya hökuməti hər il qeyd olunan “Ahıllara Hörmət Günü” çərçivəsində artan yaşlı əhalinin statistikasını açıqlayıb.

Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatına görə, 55 ildir ki, yaşı 100-dən çox olan olan insanların artmaqdadır.

Son statistikaya görə, Yaponiyada yaşı 100-dən çox olan insanların sayı ilk dəfə olaraq 99 mini keçib.

Qadınlar bu qrupun 88%-ni təşkil edir. Məlumata görə, ən yaşlı qadının 114 yaşlı Kaqava Şiqeko və ən yaşlı kişi 111 yaşlı Mizuno Kiyotakadır.

Yaponiya hökuməti 1963-cü ildən bəri müntəzəm olaraq yaşı 100-dən çox olanların qeydiyyatını aparır. Həmin il bu yaş qrupunda cəmi 153 nəfər var idi.

Səhiyyə mütəxəssisləri Yaponiyada orta ömür uzunluğunun 84,5 il olmasını bir neçə amillə, o cümlədən qidalanma vərdişləri, aktiv həyat tərzi və güclü səhiyyə sistemi ilə əlaqələndirirlər.

Qeyd edək ki, Yaponiya əhalisinin sayı 123.8 milyon nəfərdir.

Billurə Yunus

Chosen
11
1
olke.az

2Sources