EN

"Zəngəzur dəhlizinin açılması ilə Orta Dəhlizin canlanması və tranzit ticarətin artması mümkün olacaq" - türkiyəli nazir


Türkiyənin ticarət naziri Ömər Bolat Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) Ankarada təşkil etdiyi "Körpü Azərbaycan - Türkiyə iqtisadi əlaqələri qala gecəsi"ndə çıxışı zamanı Zəngəzur dəhlizi barədə danışıb. Türkiyəli nazir qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə Uzaq Şərqdən başlayaraq Avropaya uzanan Orta Dəhlizin canlanması və tranzit ticarətin artması mümkün olacaq.
SİTAT: "Türkiyə xüsusilə enerji sahəsində Azərbaycandan xammal idxal edir. Biz sənaye məhsullarında və xidmətlərdə də Azərbaycana dəstək oluruq. Zəngəzur dəhlizinin açılması ilə yaxın zamanda Türk dünyasının coğrafi baxımdan da bir-biri ilə bütövləşməsi, iqtisadi əlaqələrin inkişafı, Uzaq Şərqdən başlayaraq Avropaya uzanan Orta Dəhlizin canlanması və tranzit ticarətin artması mümkün olacaq".

Mətləb

Chosen
7
3
baki-xeber.com

5Sources