EN

Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir

Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Marta Kos Azərbaycana gəlib.

Komissar Marta Kos Ağdama gedir.

Marta Kos Ağdamda minatəmizləmə işləri ilə tanış olacaq.

Eyni zamanda, Marta Kos azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri haqqında məlumatlandırılacaq.

Qeyd edək ki, Aİ komissarının səfəri Ermənistan-Azərbaycan sülh prosesinin həlledici məqamına təsadüf edir və regional inkişafa konkret töhfə olaraq Aİ-nin Regionlararası Əlaqələr Gündəliyini təqdim etmək imkanı yaradacaq.

Chosen
17
11
aznews.az

10Sources