“Qarabağ”ın U-13 komandasnın futbolçusu Ümid Şükürov İspaniyanın “Levante” klubunun akademiyasında təcrübə keçəcək.
Redaktor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Qarabağ” Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev məlumat verib.
Onun sözlərinə görə, oyunçunun keçidi ilə bağlı Valensiya təmsilçisi ilə danışıqlar son mərhələdədir: “Lakin Ümidin hansı müddətə kimi “Levante”nin düşərgəsində qalacağı hələlik bəlli deyil”.
Qeyd edək ki, “Qarabağ” klubu “Levante” ilə yanaşı, İtaliya təmsilçisi “Udineze” ilə də əməkdaşlıq edir.