ain.az bildirir, Axar.az portalına istinadən.
Fələstin Prezidenti Mahmud Abbas sentyabrın 18-də rəsmi səfərlə Türkiyəyə gedəcək. Səfər çərçivəsində Ankarada rəsmi qarşılanma mərasimi, danışıqlar və rəsmi şam yeməyi nəzərdə tutulub.
Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Bildirilib ki, səfər öncədən anons edilməyib.
Məlumata görə, Abbasla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında mövcud vəziyyət və İsrailin addımları müzakirə edəcək. Gündəlikdəki digər mühüm məsələ isə Fələstinin maraqlarının BMT Baş Assambleyasında təmsil olunmasıdır. Belə ki, ABŞ-ın viza verməkdən imtina etməsi səbəbindən Abbas və nümayəndə heyətinin Nyu Yorka yollanması mümkün olmayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.