Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib.
Tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib.
Qeyd edək ki, Azərbaycan Kubokunda 34 komanda iştirak edəcək. 1/4 finala qədər qalib bir oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Daha sonra ev-səfər prinsipi tətbiq olunacaq.
Azərbaycan Kubokunun final matçı mayın 13-də Bakıda “Neftçi Arena”da təşkil olunacaq.
Qabil YUSİFOĞLU
XQ