EN

Britaniya və ABŞ 380 milyard dollarlıq birgə investisiyalar haqqında razılığa gəliblər » AzadMedia.az


Böyük Britaniya və ABŞ bir-birlərinin iqtisadiyyatlarına təxminən 280 milyard funt sterlinq (380 milyard dollar) sərmayə yatırmaq barədə razılığa gəliblər.

Bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisi məlumat yayıb.

ABŞ prezidenti Donald Trampın dövlət səfəri zamanı əldə olunan razılaşmalar çərçivəsində Amerika şirkətləri Britaniya iqtisadiyyatına 150 milyard funt-sterlinq sərmayə qoyacaq.

Bir gün əvvəl "Microsoft"un 23 min çip əsasında Böyük Britaniyanın ən böyük superkompüterinin yaradılması da daxil olmaqla, dörd il ərzində süni intellekt infrastrukturuna 30 milyard dollar sərmayə qoyacağı açıqlanıb.

Böyük Britaniya iqtisadiyyatına sərmayə yatırdığını elan edən digər böyük investorlar arasında "Google" (5 milyard funt sterlinq), "Prologis" şirkəti (3,9 milyard funt sterlinq), müdafiə sektoruna sərmayə qoymaqda maraqlı olan məlumat analitik şirkəti "Palantir" (1,5 milyard funt sterlinq) və "CitiGroup" bankı (1,1 milyard funt sterlinq) da var.

Bundan əlavə, 50 ildən artıq müddətdə ilk dəfə Böyük Britaniya ABŞ Hərbi Hava Qüvvələri üçün təyyarə istehsalında əhəmiyyətli rol oynayacaq. Belə ki, "Boeing", İngiltərənin Birmingem şəhərindəki müəssisəsində iki "E-7A Wedgetail" havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsini təkmilləşdirəcək.
Chosen
4
2
azadmedia.az

3Sources