EN

Kürdəmirdə evi yararsız vəziyyətə düşən vətəndaş üçün çadır qurulub - FOTO

Kürdəmirdə evi yararsız vəziyyətə düşən vətəndaş üçün çadır qurulub.

Bu barədə Day.Az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-ə Kürdəmir rayonunun Sığırlı kənd sakini Sərdarov Sərvan Sərdar oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

  • Kürdəmirdə
  • Kürdəmirdə
  • Kürdəmirdə
  • Kürdəmirdə
  • Kürdəmirdə
  • Kürdəmirdə
  • Kürdəmirdə
  • Kürdəmirdə
Chosen
13
17
day.az

10Sources