Bakının Binəqədi qəsəbəsi ərazisində yerləşən qənd sexinin taxta döşəməsi çöküb.

Leqal.info xəbər verir ki, hadisə sentyabrın 17-də baş verib.

Çökmə nəticəsində orada xadimə işləyən Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info