EN

Ərdoğan və Mahmud Abbas bu gün Ankarada görüşəcək

BAKI, TurkicWorld, Nailə Babazadə

Ankara bu gün Fələstin Dövlət Başçısı Mahmud Abbası qarşılayacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mahmud Abbası rəsmi mərasimlə qəbul edəcək.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Mahmud Abbas ilə görüşmədən əvvəl "Şəhid Ailələri, Qazilər və Qazi Ailələrinin Dövlət Qurumlarına yerləşdirilməsi üzrə Püşkatma Mərasimi"ndə iştirak edəcək.

Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzində keçiriləcək mərasim saat 15:00-da başlayacaq.

Daha sonra Ərdoğan Fələstin Dövlət Başçısı Mahmud Abbası Prezident Sarayında rəsmi mərasimlə qarşılayacaq.

İki lider ikitərəfli görüşdən sonra Mahmud Abbasın şərəfinə təşkil olunacaq rəsmi şam yeməyində bir araya gələcək.

Chosen
30
turkic.world

1Sources