EN

Tarixi Nüvə Alyansı: Pakistan və Səudiyyə Ərəbistanı Qarşılıqlı Müdafiə haqqında razılığa gəliblər

Oxumeni.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tarixi Nüvə Alyansı: Pakistan və Səudiyyə Ərəbistanı Qarşılıqlı Müdafiə haqqında razılığa gəliblər

Pakistan və Səudiyyə Ərəbistanı Yaxın Şərqdə strateji tarazlığı gücləndirərək tarixi müdafiə ittifaqına girib. Bu barədə “Reuters” məlumat yayıb. Saziş istənilən təcavüzə qarşılıqlı cavab verməyi, hərbi əməliyyatların birgə planlaşdırılmasını və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. O, Pakistanın nüvə potensialı da daxil olmaqla, bütün növ hərbi aktivləri əhatə edir.

Sənəd Yaxın Şərqdə gərginliyin kəskin artması fonunda iki ölkənin uzunmüddətli strateji təhlükəsizlik tərəfdaşlığını möhkəmləndirir.

İmzalanma mərasimi Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Şehbaz Şərifin iştirakı ilə baş tutub. Mərasimdən sonra hər iki tərəf əl sıxaraq qucaqlaşıblar. Tədbirdə ölkənin ən nüfuzlu siyasətçilərindən hesab edilən Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir də iştirak edib.

Ekspertlər hesab edirlər ki, bu alyans regional təhlükəsizliyə əhəmiyyətli dərəcədə təsir göstərə və Körfəz ölkələrinin strateji hesablamalarını dəyişdirə bilər. Razılaşmaya əsasən, bir dövlətə qarşı hər hansı təcavüz hər iki dövlətə qarşı hücum kimi qiymətləndiriləcək. Bu o deməkdir ki, Pakistan Səudiyyə Ərəbistanına nüvə silahı da daxil olmaqla bütün hərbi dəstəyi təmin etməyi öhdəsinə götürür.

Bu pakt Körfəz monarxiyaları arasında ABŞ-ın ənənəvi təhlükəsizlik qarantı kimi etibarlılığına dair artan şübhələr fonunda qəbul edilib.

Ötən həftə İsrailin Dohada HƏMAS-ın siyasi liderlərini hədəf alan hava hücumları nəticəsində vəziyyət daha da gərginləşib. Bu, ərəb dövlətləri arasında hiddət doğurdu və regionu müdafiə ittifaqları üçün yeni formatlar axtarmağa məcbur etdi.

"Bu saziş illərlə aparılan müzakirələrin kulminasiya nöqtəsidir. O, konkret ölkələrə qarşı yönəlməyib, əksinə, Səudiyyə Ərəbistanı və Pakistan arasında dərin tərəfdaşlığı institusionallaşdırır", - deyə Ər-Riyaddakı yüksək vəzifəli məmur bildirib.

Eyni zamanda Səudiyyə Ərəbistanı qeyd edib ki, Pakistanla yaxınlaşmasına baxmayaraq, İslamabadın nüvə rəqibi olan Hindistanla münasibətləri gücləndirməkdə davam edəcək.

Əziz MUSTAFA

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
oxumeni.az

2Sources