EN

Qəzza zolağındakı daşınmaz əmlak qənimətini ABŞ ilə paylaşacağıq - Smotriç

BAKI, TurkicWorld, Nailə Babazadə

İsrail Maliyyə Naziri Batseliel Smotriç, Qəzza Zolağının tam işğal və ilhaq edilməsini müdafiə edir. O, 7 oktyabr 2023-dən bəri İsrailin hücumlarında 65 mindən çox Fələstinlinin həyatını itirdiyi Qəzzada zəngin bir daşınmaz əmlak qəniməti olduğunu və bu qəniməti amerikalılarla paylaşacaqlarını bildirib.

TurkicWorld xəbər verir ki, İsrail dövlət televiziya kanalı KAN-ın məlumatına görə, Smotriç, Əmlak Mərkəzi Şəhər Yenidənqurma Zirvəsində Qəzza Zolağında qanunsuz məskunlaşmanın olub-olmayacağı sualına cavab verib.

Qəzzada zəngin bir daşınmaz əmlak qənimətinin olduğunu vurğulayan Smotrich, müharibə bitəndə bu qəniməti amerikalılarla paylaşacaqlarını bildirib: “Amerikalılarla ciddi danışmışam. Müharibəyə çox pul xərcləmişik və indi torpaqları ədalətli şəkildə bölüşməliyik.”

Smotriç, ABŞ Prezidenti Donald Trumpın masasında “peşəkarlar tərəfindən hazırlanmış” bir iş planı olduğunu, Qəzzada dağıntı mərhələsinin başa çatdığını və indi yeni binaların tikintisinə başlanmalı olduğunu müdafiə edib.

İsrailin aşırı sağçı Maliyyə Naziri Smotriç, hücumlar bitəndən sonra Qəzza Zolağının İsrailə ilhaq edilməli olduğunu müdafiə edir.

İsrail 2005-ci ildə Qəzzadan çıxarkən boşaldılan qanunsuz yəhudi məskənlərini bölgədə yenidən quracaqlarını dəfələrlə bildirib və bunu reallaşdırmağa çox yaxın olduqlarını ifadə edib.

“Qəzzanı bir ərəb ölkəsindən digərinə ötürmək üçün bu fədakarlıqları etmədik. Qəzza, İsrail torpaqlarının ayrılmaz bir hissəsidir.” - deyə Smotriç qeyd edib.

Chosen
12
turkic.world

1Sources