EN

Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? Üç dəfə bəraət alıb

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Yekaterinburq prokurorluğu 2000-ci ildə iş adamı Aleksey Zubakini qətlə yetirməkdə ittiham olunan azərbaycanlı biznesmen Nəsimi Məmmədov barəsində çıxarılan bəraət hökmünü növbəti dəfə ləğv etməyə çalışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Ura.ru” agentliyi yayıb.  

Sentyabrın 17-də məsələyə baxan Sverdlovsk vilayət məhkəməsi isə N.Məmmədov barəsində verilən hökmü qüvvədə saxlayıb. 

Maraqlıdır ki, bundan əvvəl məhkəmə üç dəfə azərbaycanlı iş adamının günahsız olduğu barədə qərar çıxarıb. Amma Rusiyanın prokurorluq orqanları məhkəmə qərarları ilə razılaşmaq istəmir.

Qətl hadisəsi 2000-ci il dekabrın 21-də A.Zubakinin evinin yaxınlığında baş verib. Mərhum Dmitri Deyç adlı şəxslə görüşmək üçün avtomobili ilə evinin yerləşdiyi küçəyə yaxınlaşıb. Zubakin binaya daxil olmaq istədikdə, naməlum şəxs iki tapançadan ona atəş açıb. İş adamı hadisədən iki gün sonra xəstəxanada vəfat edib.

Fotoda: Nəsimi Məmmədov 

Qatili isti izlərlə saxlamaq mümkün olmayıb. Zubakinin həm də ailəvi dostu olan Deyç hadisədə şahid olaraq göstərilib, ölümündən sonra isə biznesinin əsas sahibinə çevrilib. 

2022-ci ilin martında isə Dmitri Deyç, mütəşəkkil cinayətkar dəstənin keçmiş lideri Mixail Klok və Nəsimi Məmmədov saxlanılıb. Bu zaman Deyç biznes şərikinin qətlini 15 min dollar müqabilində Kloka sifariş etdiyini bildirib. M.Klok isə saxlanıldıqdan sonra guya istintaqla əməkdaşlıq edib və bildirib ki, qətli onun keçmiş sürücüsü Nəsimi Məmmədov icra edib. Azərbaycanlı isə öz növbəsində qətldə iştirakını təkzib edib. 

Məmmədovun vəkilləri bildirib ki, müvəkkillərinin eyni anda iki tapança ilə atəş açmaq bacarığı yoxdur. Bununla yanaşı, onun həmin gün xəstəxanada olduğu təsdiq olunub.

2023-cü ildə Deyç xəstəlikdən vəfat edib, Məmmədovu isə məhkəmə günahsız elan edib. Yekaterinburq prokurorluğu üç dəfə bəraət hökmünün ləğvinə çalışsa da, buna nail olmayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
12
qafqazinfo.az

10Sources