EN

Türkiyədən Qazaxıstana hazır geyim ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin avqust ayında Qazaxıstana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz azalaraq, 57 milyon 838 min 62 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qazaxıstana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz artaraq, 320 milyon 226 min 73 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 azalaraq, 11 milyard 227 milyon 619 min dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 1 milyard 525 milyon 708 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 8,5 faiz azalaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 17 milyard 125 milyon 661 min dollar məbləğində hazır geyim ixrac edib.

Chosen
51
36
turkic.world

10Sources