EN

Anam kimi gəlin gətirsə, qəbulumdur Pünhan

Azxeber.com portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Müğənni Pünhan Piriyev evliliklə bağlı sualları cavablandırıb.

AZXEBER.COM xəbər verir ki, o bu haqda "Tarixin bir günü" verilişində danışıb.

Pünhan bildirib ki, evlilik üçün anasının seçiminə daha çox etibar edir:

"Mənim evlənmək üçün çətin xasiyyətim var. Ona görə demişəm ki, anam hansı qapıya elçi getsə, mənim qəbulumdur. Mən 20-li yaşlarda oxumaqla məşqul olmuşam. Çünki çətinliklə böyümüşəm. Atam Rusiyada çalışıb, mən kənddə böyümüşəm. Məni oxutmaq üçün əziyyət çəkiblər deyə, onu dəyərləndirmək istəmişəm. Boş-boş gəzməkdən qaçmışam. Bu gün də əziyyətimin bəhrəsini görürəm. Bu gün anamın rahat yaşaması üçün hər şeyi edirəm. Hamı düşünürdü ki, Pünhan məşhur olandan sonra kəndi unudar, amma yox! Bu gün öz gücümə bu yerlərə gəlmişəm və kəndimdə gördüyüm işlərlə sübut edirəm ki, kəndimi unutmuram".

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
azxeber.com

1Sources