Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, Starmer, bu bəyanatı Trampın gedişinə qədər təxirə salıb. Çünki əks halda bu məsələ cümə axşamı Çekersdə iki siyasətçinin iştirakı ilə keçiriləcək mətbuat konfransının əsas mövzusuna çevrilə bilərdi.
Böyük Britaniya bu prosesi gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasına qədər davam etdirəcək.
Qeyd edək ki, Böyük Britaniya, Fransa, Kanada və Avstraliya bu Assambleyada Fələstini tanıyacağı gözlənilən ölkələr sırasındadır.
Xatırladaq ki, ABŞ Fələstinin rəsmi tanınmasının qəti əleyhinədir və Tramp əvvəllər bunun HƏMAS-a xidmət edəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
Onu da qeyd etmək lazımdır ki, bu məsələdə Böyük Britaniya və ABŞ arasında kəskin fikir ayrılıqları var.