EN

Qalatasaray və Kayrat ÇL ddə mübarizəyə başlayır

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Çempionlar Liqasında bu gün Liqa mərhələsinin 1-ci turunda yekun vurulacaq.

QOL.az xəbər verir ki, 3-cü oyun günündə 6 matç keçiriləcək.

Azərbaycan təmsilçisi "Qarabağ"ın rəqiblərindən "Kopenhagen" "Bayer"lə, "Napoli" "Mançester Siti" ilə üz-üzə gələcək. 

Türkiyə "Qalatasaray"ı da bu gün mübarizəyə start verəcək. İstanbul təmsilçisi "Qarabağ"ın digər bir rəqibi "Ayntraxt"la qarşılaşacaq.

Həmçinin tarixində ilk dəfə Avropanın ali klub turnirində çıxış edən Qazaxıstan "Kayrat"ı "Sportinq"in qonağı olacaq.

ÇL, Liqa mərhələsi, 1-ci tur

18 sentyabr

20:45. "Brügge" (Belçika) - "Monako" (Fransa)

20:45. "Kopenhagen" (Danimarka) - "Bayer" (Almaniya)

23:00. "Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya)

23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Qalatasaray" (Türkiyə)

23:00. "Sportinq" (Portuqaliya) - "Kayrat" (Qazaxıstan)

23:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)

16 sentyabr

PSV (Niderland) - “Yunion” (Belçika) - 1:3

“Atletik” (İspaniya) - “Arsenal” (İngiltərə) - 0:2

“Real” (Madrid, İspaniya) - “Olimpik” (Fransa) - 2:1

“Benfika” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan) - 2:3

“Yuventus” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya) - 4:4

“Tottenhem” (İngiltərə) - “Vilyarreal” (İspaniya) - 1:0

17 sentyabr

"Olimpiakos" (Yunanıstan) - "Pafos" (Kipr) - 0:0

"Slaviya" (Çexiya) - "Budyo Qlimt" (Norveç) - 2:2

PSJ (Fransa) - "Atalanta" (İtaliya) - 4:0

"Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) - 3:1

"Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya) - 3:2

"Ayaks" (Niderland) - "İnter" (İtaliya) - 0:2

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
5
qol.az

10Sources